Argentinalı hücumçu milli karyerasını bitirdi
29.03.2019 , 10:46

Hazırda icarə əsasında “Çelsi” klubunda çıxış Argentina millisinin üzvü Qonzalo Hiquain milli karyerasını bitirdiyini açıqlayıb.
Argentinalı hücumçu millinin heyətində 75 görüşə çıxıb. Hiquain bu görüşlərdə 31 qol vurub və 11 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Hiquain Braziliyada keçirilən Dünya çempionatının gümüş mükafatçısıdır.
