Argentinalı hücumçu klubunu dəyişir
10.02.2025 , 12:30

“Benfika”nın futbolçusu Benxamin Rolheyser klubunu dəyişir.
Korner.az xəbər verir ki, argentinalı hücumçunun “Santos”a keçəcəyi gözlənilir.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Braziliya klubu artıq oyunçu ilə şifahi razılıq əldə edib.
“Santos” 24 yaşlı futbolçunun keçidi üçün 11 milyon avro ödəməyə hazırdır.
