Argentinanın paytaxtı Buenos Ayresdə mitinq keçirilib.
Korner.az-ın məlumatına görə, Leonel Messini Argentina millisinə qaytarmaq üçün minlərlə insan paytaxtın mərkəzi meydanına axışıblar.
Onlar əllərində “Barselona” atributları ilə Messini milliyə qaytarmaq üçün şüarlar səsləndiriblər.
Xatırladaq ki, Messi “Kopa Amerika” finalından sonra yığma komandadan getdiyini söyləyib. Onun ardınca daha 6 futbolçu millidən ayrılmaq qərarını qəbul edib.
