Klublararası dünya çempionatının finalında Argentinanın “River Pleyt” klubunu yenən “Barselona” Tokio hava limanında xoşagəlməz halla qarşılaşıb.
Korner.az-ın məlumatına görə, İspaniyaya dönməyə hazırlaşan Kataloniya klubu aeroportda argentinalı azarkeşlərin etirazı ilə üzləşib.
Qəzəbli fanatların fitə basdığı komandanın üzvlərinə hücum çəkib. 90 dəqiqə ərzində hər dəfə top ayağına gələn zaman fitə basılan argentinalı Lionel Messinin bəzi həmyerliləri onu təhqir edib
İddia olunur ki, hətta bir fanat Messinin üzünə tüpürüb.
