Argentinanın “Tino Federal” və “Chikarita” klublarının oyunundan sonra faciəvi hadisə baş verib.
Korner.az-ın məlumatına görə, oyun zamanı kütləvi qarşıdurma baş verib. Buna görə də hakim oyunu 80-ci dəqiqədə saxlamağa məcbur olub.
“Tino Federal”ın 33 yaşlı futbolçusu Franko Nyeto avtomobilinə doğru gedərkən rəqib klubun azarkeşləri onun başına kərpiclə vurublar. O dərhal xəstəxanaya çatdırılıb və əməliyat edilsə də, dünyasını dəyişib.
Nyetoya hücum edənlər arasında “Chikarita”nın futbolçusu və köməkçi məqşçisi də olub.
