Argentinadan əzmkar qələbə, Fransa qrupu lider kimi başa vurdu
26.06.2018 , 09:50

DÇ-2018 davam edir. Bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.
Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılacaq. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxacaq.
D qrupunda isə artıq 6 xalla 1-ci yerin sahibi kimi 1/8 finala vəsiqəni təmin etmiş Xorvatiyanı 1 xala malik debütant İslandiya ilə görüş gözləyir.
DÇ-2018
III tur
26 iyun
C qrupu
18:00. Danimarka – Fransa 0:0
Baş hakim: Sandro Riççi (Braziliya)
Moskva, “Lujniki” stadionu
18:00. Avstraliya – Peru 0:2
Baş hakim: Sergey Karasyov (Rusiya)
Soçi, “Fişt” stadionu
D qrupu
22:00. Nigeriya – Argentina 1:2
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, “Sankt-Peterburq” stadionu
22:00. İslandiya – Xorvatiya 1:2
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, “Rostov Arena”
