Argentina millisinin baş məşqçisi qəzaya düşüb
09.04.2019 , 15:02

Argentina yığmasının baş məşqçisi Lionel Skaloninin başına bədbəxt hadisə gəlib.
Millinin çalışdırıcısı səhər saatlarında velosiped yürüyüşü zamanı avtomobil ilə toqquşub. Hadisədən sonra argentinalı mütəxəssis dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina millisinin sükanı arxasına keçib.
