Argentina millisində narazılıq: Baş məşqçi getsin!
22.06.2018 , 12:05

Argentina millisinin futbolçuları baş məşqçi Xorxe Sampaolidən narazıdır.
Komanda üzvləri DÇ-2018-in 3-cü turunda Nigeriya ilə keçiriləcək oyunda yığmaya Sampaolinin rəhbərlik etməsini istəmirlər. Futbolçular köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş ediblər.
İlk turda İslandiya ilə heç-heçə edən Argentina millisi son oyunda Xorvatiyaya 0:3 hesabı ilə uduzub. 1 xalla qrupda 3-cü olan komanda iyunun 26-da Nigeriya ilə qarşılaşacaq.
