Argentina klubunda yeni baş məşqçi
15.10.2024 , 13:00

“Boka Xuniors”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Argentina təmsilçisini bundan sonra Fernando Qaqo çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
38 yaşlı məşqçi 2020-ci ildə futbolçu karyerasını başa vurub.
