Argentina klubu onun üçün 10 milyon avro təklif edir
12.01.2025 , 17:47

Rusiya Premyer Liqasında lider olan “Krasnodar” futbolçusunu itirə bilər.
Korner.az xəbər verir ki, “Krasnodar”ın futbolçusu Kevin Kastanyo “River Pleyt”ə keçməyə hazırlaşır.
Belə ki, Argentina klubu kolumbiyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 10 milyon avro təklif edib.
Artıq klublar arasında danışıqlara start verilib.
Kastanyonun haazırda transfer dəyəri 6 milyon avro olaraq qiymətləndirilir.
