DÇ-2022-nin qalibi Argentina oldu!
18.12.2022 , 21:54

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında final oyunu keçirilib.
Korner.az xəbər verir ki, həlledici matçda son çempion Fransa ilə Argentina üz-üzə gəlib. Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə bitib. Penaltilər seriyasında Argentina millisi daha dəqiq olaraq (4:2) tarixdə 3-cü dəfə dünya çempionu olub.
Dünya çempionatı
Final
18 dekabr
19:00 Argentina – Fransa – 3:3 (penaltilər 4:2)
Qol: Lionel Messi (pen 13), Di Mariya, 36, Kilian Mbappe, 80-pen, 82 , Lionel Messi, 109, Kilian Mbappe, 118-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa)
