Bu gün DÇ-2014-ün 1/4 final mərhələsinə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, keçiriləcək iki oyunla növbəti yarımfinalçılar bəlli olacaq.
İlk olaraq meydana Argentina və Belçika milliləri çıxıb. Argentina Belçikanı Hiquainin qolu ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.
Digər oyunda isə Hollandiya və Kosta-Rika yığmaları yarımfinal uğrunda mübarizə aparacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.
Qeyd edək ki, cütün qalibləri yarımfinalda üz-üzə gələcək.
Xatırladaq ki, artıq Braziliya və Almaniya millilərinin yarımfinalda qarşılaşacağı bəllidir.
1/4 final
Argentina 1-0 Belçika
Qol: Hiquain, 8
Hollandiya – Kosta Rika
