big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

ARDNŞ-dən bəyanat: “Vitess”ə sponsorluq yalandı!

23.11.2012 , 10:57

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Hollandiyanın "Vitess" klubunu himayəsinə götürəcəyi haqda son vaxtlar yayınlan məlumatları münasibət bildirib.

Korner.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı yayılan açıqlamada deyilir ki, ARDNŞ-nin həyata keçirdiyi strateji layihələrin uğur qazanması, şirkətin beynəlxalq miqyasda getdikcə artan reytinqi son günlər yenə də onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə çoxdan davam etdirilən sistemli qarayaxma kampaniyasını qızışdırıb.

"Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəql edilməsini nəzərdə tutan TransAnadolu qaz boru xətti (TANAP) layihəsi Belçikada Avropa İttifaqı rəsmilərinin və Avropa Parlamenti nümayəndələrinin iştirakı ilə müvəffəqiyyətlə təqdim olunduqdan, Azərbaycan Milli Məclisində ratifikasiyadan keçirildikdən dərhal sonra ayrı-ayrı şəxslər və “ictimai təşkilatlar” tərəfindən Şirkətin ünvanına əsassız və uydurma iddialar irəli sürülür.

Bəzi mətbuat orqanlarında ictimai rəyi çaşdırmaq üçün indi də belə bir məlumat yayılır ki, guya ARDNŞ özünü reklam etdirmək məqsədi ilə Hollandiyanın “Vitess” klubu ilə 10 milyon avro məbləğində sponsorluq müqaviləsi imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bildirir ki, həqiqətə qətiyyən uyğun gəlməyən bu informasiyanın heç bir əsası yoxdur, Şirkət “Vitess” klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır. ARDNŞ qətiyyətlə bəyan edir ki, öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərini təmin edir və şirkət tərəfindən onun gündəlik həyatı, istehsalat fəaliyyəti və gələcək planları haqqında mətbuatda mütəmadi olaraq düzgün informasiyalar yerləşdirilir" – deyə açıqlamada bildirilir.

Son yazılar

To Top