Ardıcıl 8-ci dəfə çempion oldu
28.04.2019 , 17:56

“Barselona” klubunun futbolçusu Arturo Vidal şəxsi rekordunu təzələyib.
Ötən gün “Barselona” klubu ilə ölkə çempionluğu yaşayan çilili futbolçu ardıcıl olaraq 8-ci dəfə bu uğura nail olub. 31 yaşlı yarımmüdafiəçi bundan əvvəl 4 dəfə “Yuventus”, 3 dəfə isə “Bavariya” klubu ilə çempion olub. Vidal bundan başqa 3 ayrı liqada çempion olmağı bacaran futbolçu olaraq adını tarixə yazdırıb.
Qeyd edək ki, Arturo Vidal cari mövsümün əvvəlində “Bavariya” klubundan “Barselona”ya keçib.
