“Kəpəz”in futbolçusu İrakli Beraya 2012/13 mövsümündə Azərbaycan Premyer Liqasının tarixinə düşüb. Korner.az PFL-ə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin gürcüstanlı legioneri mövsümün ilk qolunun müəllifi olub. Beraya “Turan”la qarşılaşmanın 10-cu dəqiqəsində hesabı açmaqla ilkin müəllifi adını qazanıb. Bununla da ilk qolun Gəncədə vurulması ənənəsi davam edib. Belə ki, artıq ardıcıl olaraq 3-cü ildir ki, ilk qol Gəncədə vurulur. Əvvəlki 2 mövsümdə bu qolları qonaqlar vurmuşdusa bu dəfə meydan sahibləri fərqləndi.
Azərbaycan çempionatlarının ilk qolları1 2 3 4 5 6 7 8
1992 03.05.1992 Mehman Alışanov Qarabağ İnşaatçı S. 2:1 e 4
1993 7.02.1993 Mehman Baxışov Kür Avey 2:0 e 6
1993/94 25.09.1993 Nazim Əliyev Xəzər S. Xəzri 3:1 e 3
1994/95* 07.08.1994 Mehman İbrahimov Pambıqçı N. İnşaatçı B. 1:0 e 25
Məmməd İbrahimov Pambıqçı B. Xəzər L. 1:1 e 25
1995/96** 30.07.1995
1996/97 18.09.1996 Qurban Qurbanov Neftçi Fərid 3:0 s 5
1997/98 14.09.1997 Təbriz Həsənov Qarabağ Sumqayıt 1:0 e 8
1998/99 15.08.1998 İsmayıl Məmmədov Kimyaçı Neftqaz 8:3 e 4
1999/2000* 29.10.1999 Aqil Məmmədov Kimyaçı OİK 2:0 e 15
Mahir Əliyev Şəmkir Dinamo 2:0 e 15
2000/01 05.08.2000 Təbriz Həsənov Qarabağ Araz 1:0 e 1
2001/02 18.08.2001 Qurban Qurbanov Neftçi Ümid 4:0 s 13
2003/04 17.05.2003 Dmitri Kudinov Qarabağ-Azərsun Şahdağ-Samur 5:0 e 17
2004/05 07.08.2004 Aqil Məmmədov Qarabağ Şəfa 5:1 s 21
2005/06 12.08.2005 Junivan Turan Qarabağ 2:1 e 14
2006/07 05.08.2006 Andre Ladaqa Bakı Olimpik 1:0 e 70
2007/08 11.08.2007 Xaqani Məmmədov İnter Masallı 3:0 e 34
2008/09 09.08.2008 Kənan Kərimov Qəbələ NBC 4:1 e 4
2009/10 14.08.2009 Oleq Qvelisiani Standard Muğan 0:1 s 53 (ö.q.)
2010/11 07.08.2010 Baçana Sxadadze Simurq Gəncə 1:1 s 73
2011/12 06.08.2011 Con Pelu Rəvan Kəpəz 2:3 s 38
2012/13 04.08.2012 İrakli Beraya Kəpəz Turan 1:2 e 10
1 – mövsüm, 2 – tarix, 3 – ilk qolun müəllifi, 4 – komandası, 5 – rəqib, 6 – hesab, 7 – meydan, 8 – dəqiqə
* – iki futbolçu eyni vaxtda qol vurub
** – həmin mövsüm qolların dəqiqələri qeyd olunmadığından ilk qolu müəyyənləşdirmək mümkün deyil
