Ardıcıl 14 mövsüm ÇL-də qol vuran ikinci futbolçu – Messi
19.09.2018 , 15:04

“Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının ilk turunda PSV ilə oyunda het-trik etməklə komandasının 4:0 hesablı qələbəsində böyük rol oynayıb
Argentinalı forvard ÇL-in tarixində 14 mövsüm turnirdə qol vuran sayca üçüncü futbolçudur. Ona qədər bu nəticəyə Rayan Giqqz (16) və Raul (15) imza atıblar.
Messi eləcə də ardıcıl 14-cü mövsüm bu yarışda qol sevinci yaşayan ikinci futbolçudur. O, Raulun nəticəsini təkrarlayıb.
“Barselona” isə sayca dördüncü komandadır ki, 2 dəfə ÇL-də mövsümün ilk qolunu vurub. Kataloniya klubuna qədər bu nəticəyə “Ayaks”, PSJ və “Spartak” imza atıblar
