Ardanın yerinə Koutinyo
09.08.2018 , 20:01

“Barselona”nın yarımmüdafiəçisi Koutinyo forma nömrəsini dəyişib
Braziliyalı futbolçu bundan sonra 7 nömrəli forma ilə meydana çıxacaq. Bu formada “Başakşəhər”ə icarəyə verilən Türkiyə millisinin üzvü Arda Turan çıxış edirdi.
Qeyd edək ki, “Barselona”da Ardadan öncə Luiş Fiqu, Alfonso Peres, Xavyer Saviola, Henrik Larsson, Eydur Qudyonsen, David Vilya və Pedro 7 nömrəli formanı geyinib.
