İspaniya La Liqasında mübarizə aparan “Barselona” Çindən gələn təkliflərdən sonra Arda Turanın yerinə oyunçu axtarır.
Korner.az-ın məlumatına görə, bu haqda “El Mundo Deportivo” qəzeti xəbər yayıb.
“Katolon” klubunun “Monako”nun futbolçusu Bernardo Silva ilə maraqlandığı bildirilir.
İddia edilir ki, Arda Turan Çin klubuna keçərsə, İspaniya təmsilçisi Bernardo Silvanın transferini reallaşdırmaq niyyətindədir.
