DÇ-2018-in seçmə mərhələsində İslandiyaya qarşı oyun Türkiyə millisinin futbolçusu Arda Turan üçün əlamətdar olub.
30 yaşlı yarımmüdafiəçi bu görüşlə yığmadakı 100-cü matçına çıxıb. Bu münasibətlə ona Türkiyə Futbol Federasiyası tərəfindən hədiyyə təqdim olunub.
Xatırladaq ki, Türkiyə – İslandiya görüşü qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
