Zədə səbəbindən La Liqanın son turunda “Valensiya” ilə keçirilən matçda iştirak etməyən Arda Turandan “Barselona”ya şad xəbər gəlib.
Korner.az-ın məlumatına görə, Türkiyə milli komandasının üzvü zədəsini sağaldıb. 29 yaşlı yarımmüdafiəçi artıq komanda ilə birlikdə məşqlərdə də iştirak edir.
Arda sabah Kataloniya Super Kuboku uğrunda “Espanyol”la Tarraqona şəhərində keçiriləcək matçda da iştirak edə biləcək.
