“Atletiko”nun futbolçusu Arda Turan zədəsini tam sağaldıb.
Korner.az-ın məlumatına görə, bu xəbər ispan mətbuatında yer alıb. Türkiyəli yarımmüdafiəçi bu gün komanda ilə ümumi məşqlərə başlayıb.
Komandanın baş məşqçisi Dieqo Simeone şans verəcəyi təqdirdə, o, İspaniya La Liqasında “Real” qarşı matçda oynayacaq.
Xatırladaq ki, A.Turan yanvarın 30-u məşq zamanı zədələnmişdi. Bu səbəbdən o, “Eybar”a qarşı görüşü buraxmışdı.
