Madrid "Atletiko"sunun iki türk futbolçusu Arda Turan və Əmrə Bələzoğlu həftə sonu ölkələrində istirahə ediblər.
Korner.az-ın məlumatına görə, cümə günü səhər saat 09:00 radələrində Madriddəki,məşqə yetişmək məcburiyyətində olan iki futbolçu vaxt itirməmək üçün yaxın dostları olan tanınmış teleaparıcı Acun İlicalının şəxsi təyyarəsindən istifadə ediblər.
Qeyd edək ki, Arda və Əmrə vaxtında məşqə yetişə biliblər.
