“Barselona” Çin və digər Avropa klublarının transfer hədəfində olan Arda Turanın transfer qiymətini müəyyənləşdirib.
Komandanın yeni baş məşqçisi Ernesto Valverdenin gələcək planlarına daxil olamayan türkiyəli futbolçu üçün Kataloniya klubu 65 milyon avro tələb edir.
Barselona” 2014-cü ildə “Atletiko”dan 34 milyon avroya transfer etdiyi futbolçunu ucuz qiymətə buraxmaq istəmir.
