Madrid təmsilçisi “Atletiko”nun türkiyəli futbolçusu Arda Turan Marca-ya müsahibə verib.
Korner.az-ın məlumatına görə, Arda Turan sabah “Real” (Madrid) ilə qarşılaşacaq keçiriləcək oyunda favoritin “Atletiko” olduğunu bildirib. “Derbi oyunda favoritdən söz gedə bilməz. Yalnız biz doğma stadionda oynadığımız üçün favorit hesab edilirik. Hər şeyimizi meydana qoyub yaxşımübarizə aparacağıq. Onların daha sürətli oyunçuları var. Biz isə daha cəsur oyunçularıq. Qorxmuruq. Liqada və kubok oyunlarında əvvələrdə qələbə qazanmışıq. Əminəm ki bu dəfə də belə olar”.
Arda “Real” ilə son kubok oyununda biyabırçı məğıubiyyətə də şərh verdi. “Bu dəfə adam kimi oynayacağıq”.
Qeyd edək ki, “Atletiko “ (Madird) – “Real” (Madrid) oyunu sabah axşam saat 8-də satart götürəcək.
