“Barselona”nın yeni transferi Arda Turan məşq zamanı zədələnib.
Korner.az-ın məlumatına görə, bu xəbər “Sport” qəzetində yazılıb.
Türk yarımmüdafiəçi sağ ayağından zədə alıb. Turan tibbi müəyinədən keçdikdən sonra onun zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, A.Turan bu ay “Barselona” ilə 5 illik müqavilə imzalayıb.
