"Atletiko"ya (Madrid) transfer olduğu ilk mövsümdəcə UEFA Avropa liqasını qazanan Arda Turan dünən gecə oynanılan "Atletik" (Bilbao) oyunundan sonra (0:3) mətbuata danışıb.
Korner.az-ın məlumatına görə, sevincinin həddi-hüdudu olmadığını deyən Arda sözlərinə bu cür davam edib: "Sevincimi sözlərlə ifadə edə bilmirəm. Mənə elə gəlir ki, ailəm də mənim qədər sevinclidir. Oyunda tez hesabı açdıq və gözəl oyun sərgilədik. Falkao inanılmaz futbolçudur. Onun sayəsində kuboku qazandıq."
