“Atletiko" (Madrid) vergi borcunu ödəyə bilməzsə, Arda Turanı “Qalatasaray”a satacaq.
Korner.az-ın məlumatına görə, 110 milyon avro vergi borcu olan Madrid təmsilçisi borcunu ödəməkdə çətinlik çəkir. Bu səbəbə görə də klubun transfer mövsümündə Arda Turanı satışa çıxaracağı iddia olunur. İddialara görə İspaniya klubu türkiyəli futbolçunu yenidən “Qalatasaray”a transfer etmək fikrindədir.
Qeyd edək ki, artıq “Atletico Madrid” maddi problem səbəbinə görə Falcaonu satışa çıxaracağı ilə bağlı məlumat yayıb.
qafqazinfo.az
