Madrid “Atletiko”su yenidən Bakıya gələcək.
Korner.az-ın məlumatına görə, La Liqa təmsilçisinin ikinci dəfə Azərbaycana səfəri yaya planlaşdırılır.
Hələ ötən il aprelin 30-da “Atletiko” yoldaşlıq oyunu üçün ölkəmizə gəlmiş və “Bakı”ya 3:0 hesabıyla qalib gəlmişdi.
İspanlar bu dəfə Bakıda ən azı 2-3 həftə qalacaq. Səfər gələn il ya iyun, ya da iyul ayında gerçəkləşəcək.
