“Atletiko”nun türkiyəli futbolçusu Arda Turan sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi komandanın dünənki məşqində zədələnib.
Madridlilərin son turda “Qranada” ilə oyun öncəsi məşqində xəsarət alan Təcrübəli yarımmüdafiəçi dərhal xəstəxanaya aparılıb.
Tibbi yoxlanışdan sonra Ardanın əzələsinin dartıldığı məlum olub. 28 yaşlı futbolçuya “Qranada” ilə oyunda baş məşqçi Dieqo Simeone tərəfindən icazə verilərsə, onun oynaya biləcəyi bildirilir.
