Arda Turan “Qalatasaray”dan istəyir
11.02.2025 , 23:00

“Eyüpspor” gənc oyunçu Eyüp Aydın üçün “Qalatasaray”la razılığa gəlib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb etmək istəyir.
Futbolçu da razılıq verərsə, keçidin baş tutacağı gözlənilir.
Baş məşqçi Arda Turan da gənc yarımmüdafiəçini komandasında görmək istəyir.
