Arda Turan karyerasını “Qalatasaray”da davam etdirəcək.
Bu haqda məlumatı Kataloniya radiosu yayıb. “Barselona”nın prezidenti Xosep Bartomeuya yaxınlığı ilə bilinən radionun yaydığı məlumata görə, yarımmüdafiəçi istanbullulara 2 illik icarəyə verilib.
Avropada transfer pəncərəsi bağlansa da Türkiyədə ayın 8-də qapanacaq. Məhz bu səbəbdən 30 yaşlı yarımmüdafiəçinin sabiq klubu ilə razılaşıb.
