“Atletiko”nun futbolçusu Arda Turan Çempionlar Liqasının yarımfinalında sabah baş tutacaq “Çelsi” ilə cavab qarşılaşması öncəsi açıqlama verib.
Korner.az Ardanın açıqlamasını sizə təqdim edir:
“Finala yüksələrək xəyallarımızı gerçəyə çevirmək istəyirik. Sona qədər mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Finala adımızı yazdıracağımıza inanıram. Mourinyo və Simeone dünyanın taktiki cəhətdən iki güclü məşqçisidir. Matçda da taktiki mübarizə olacaq. Mourinyoya böyük hörmətim var. Çox güclü məşqçidir. Ancaq biz də Simeone kimi yaxşı məşqçiyə sahibik”.
