Madrid "Atletiko"sonun ulduz futbolçusu Arda Turan öıkəmizə olan sevginisi bu dəfə Madriddə nümayiş etdirib.
Korner.az-ın məlumatına görə, "Kral Kuboku"nda "Real"ı finalda məğlub edərək çempion olan "Atletiko"nun Madriddə, klubun bazası yaxınlığında keçirilən mərasim zamanı futbolçular bir-bir səhnəyə dəvət olunublar. Arda Turanın adı elan olunanda o, səhnəyə Azərbaycan və Türkiyə bayraqlarına sarılaraq çıxıb.
Qeyd edək ki, bugünlərdə “Atletiko” ilə Bakıya səfəri zamanı A.Turan Azərbaycanı özünün ikinci vətəni adlandırmışdı.