Arda Turan məhkəməyə verildi
15.04.2024 , 17:14
Bir müddət əvvəl “Barselona”da çıxış edən Arda Turanın başına hadisə gəlib.
Korner.az “NTV Spor”a istinadən xəbər verir ki, o, Barselonada kirayə qaldığı evə ziyan vurmaqda ittiham olunur.
Evin sahibi Arda Turanı məhkəməyə verib və Ardanın evin həyətinə, bağçasına, mətbəxinə, mebel və işıqlandırma sisteminə ziyan vurduğunu bildirib.
Turan ümumilikdə evə 230 min avro (təxminən 8 milyon TL) dəyərində ziyan vurmaqda ittiham olunur.
Arda Turan hazırda “Eyüpspor”da baş məşqçi olaraq çalışır.
Mina Musayeva