Arda Turan koronavirusa yoluxdu
17.11.2020 , 16:30

“Qalatasaray”ın futbolçusu Arda Turan koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu instaqram hesabında məlumat yayıb.
O, paylaşımında koronavirus testinin müsbət çıxdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl klubun daha 3 futbolçusunda koronavirus aşkarlanmışdı.
