Arda Turan karyerasını bitirdi
12.09.2022 , 17:16

Türkiyə millisinin sabiq üzvü Arda Turan futbolçu karyerasını başa vurub.
Korner.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifəsində açıqlama yayıb. O, futbolun içində qalacağını qeyd edib.
35 yaşlı Arda peşəkar futbolçu kimi “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. O, son olaraq yetirməsi olduğu “Qalatasaray” da çıxış edib.
