“Atletiko”nun futbolçusu Arda Turan Madrid klubundan ayrılacağı və “Barselona” ilə razılığa gəldiyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi şəxsi “Tvitter” səhifəsində barəsində yazılanların doğru olmadığını qeyd edib:
“Haqqımda yayılan transfer xəbərləri həqiqəti əks etdirmir. Menecerim 3-4 klubla danışıqlar aparır. Bir yenilik olsa, burda yazacam”.
