Arda Turan cəzalandırıldı
11.02.2021 , 15:57

Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın futbolçusu Arda Turanı cəzalandırıb.
Korner.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
Buna onun “Fənərbağça” ilə Super Liqanın XXIV turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.
