Türkiyə milisinin yarımmüdafiəçisi Arda Turan “Barselona”nın heyətində ilk rəsmi matçına çıxa bilər.
Korner.az-ın məlumatına görə, Arda komanda yoldaşı Aleks Vidalla birgə “Espanyol”la keçiriləcək kubok matçının “18”liyinə daxil edilib.
Bu isə o deməkdir ki, hər iki futbolçu sabah “Espanyol”la keçiriləcək görüşdə oynaya biləcək. Sergi Roberto, Rafinya, Klaudio Bravo, Duqlas, Sandro və Adriano isə sabahkı oyunda iştirak etməyəcək.
“Espanyol”la oyun üçün “Barselona”nın “18”liyində bu futbolçular yer alıb: Ter Ştegen, Masip, Pike, Rakitiç, Buskets, Dani Alveş, Arda Turan, İniyesta, Suares, Messi, Neymar, Maskerano, Bartra, Munir, Alba, A.Vidal, Vermalen və Matye.
