Arda Turan: “Bakıda ev sahibi kimi olacağıq”
11.03.2020 , 21:29

Türkiyə millisinin sabiq kapitanı Arda Turan “ay-ulduzlular”ın AVRO-2020-nin final mərhələsinin iki oyununu Bakıda keçirəcəyinə münasibət bildirib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi yığmasının Bakıda ev sahibi kimi oynayacağını açıqlayıb:
“Milli komandamıza çox güvənirəm. Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq. Rəqiblərimizdən olan İtaliya da seçmə mərhələdə yaxşı çıxış edib, 10 oyunun hamısında qalib gəlib. Bununla belə, millimizin çox uğurlu olacağına inanıram”.
