İspaniyanın “Barselona” klubunun və Türkiyə Millisinin futbolçusu Arda Turan Çindən gələn transfer təklifləri ilə bağlı son qərarını verib.
Korner.az-ın məlumatına görə, türk futbolçu Çindən gələn təklifləri rədd edib.
Bildirilir ki, ulduz futbolçu “Barselona” ilə Çempionlar Liqasında çempion olmaq istəyir və buna nail olmadan ispan klubundan ayrılmaq fikri yoxdur.
Xatırladaq ki, bu yaxınlarda Çinin “Quanqzou Everqrande” və “Beijing Guoan” klubları Arda üçün transfer təklifi göndərmişdi.
