Arda “Real”la müqavilə imzaladı
07.07.2023 , 14:39

“Real” Arda Gülerin keçidini rəsmən açıqlayıb
Korner.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu ilə 6 illik müqavilə imzalanıb. Onun yeni klubunda 24 nömrəli formada çıxış edəcəyi məlum olub.
Arda La Liqa nəhənginə “Fənərbağça”dan keçib.
