Arda “Real”dan gedir?
10.12.2024 , 13:36
“Real”ın ulduz oyunçusu Arda Güler Almaniya nəhənginin hədəfinə düşüb.
Korner.az xəbər verir ki, gənc futbolçunun xidmətində “Bayer” maraqlıdır.
Bundesliqa klubu Ardanı tezliklə heyətinə cəlb etmək istəyir.
Madrid təmsilçisi isə 19 yaşlı yarımmüdafiəçinin qışda deyil, mövsümün sonunda “Bayer”ə keçidinə razıdır.
Bu səbəbdən Ardanın cari mövsümün sonunda klubundan ayrılması gözlənilmir.