“Barselona”nın futbolçusu Arda Turan sabiq komandası “Qalatasaray”a dönə bilər.
30 yaşlı yarımmüdafiəçi ilə görüşən klub prezidenti Dursun Özbek onu komandaya gətirməyə razı salıb.
Kataloniya klubu ilə danışıqlar müsbət nəticələnərsə, türk futbolçu gələn mövsüm icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.
