Arda niyə oynamayıb?
06.11.2023 , 11:42

Uzun müddətdir ki, heyətdən kənar qalan Arda Gülər, “Rayo Valyekano” ilə matçda da “Real”da forma geyinə bilməyib.
Korner.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti matçdan sonra təşkil edilən mətbuat konfransında Ardanın niyə oynamaması ilə bağlı sualı cavablandırarkən bunları deyib:
“Arda Güləri oynatmaq üçün bizə uyğun fürsət olmadı. O, tezliklə oynayacaq”.
“Real” – “Rayo Valyekano” matçı 0:0 hesablı heç-heçə ilə bitib.
