“Qalatasaray”dan Madrid “Atletiko”suna transfer olduqdan sonra yüksək performans göstərən Arda Turanın yeni müqavilə üçün hazır olduğu deyilir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Arda, milli komandanın oyunundan sonra, Madrid klubu ilə yeni müqaviləyə imza atacaq. Arda yeni müqaviləsi sayəsində hazırda qazandığı məbləğin 2 qatını qazanacaq. Arda indiki müqaviləyə əsasən ildə 2 milyon avro qazanc əldə edir. Bu il bir çox klublar Ardanı transfer etmək istəsələr də, klub rəhbərliyi buna icazə verməmişdir.
Gələcək mövsümlərdə Ardanı heyətinə qatmaq istəyən klub, “Atletiko”ya 40 milyon avro ödəməlidir.
