"Barselona"nın yeni transferi Arda Turan məşq zamanı zədələnib.
Korner.az-ın məlumatına görə, klubdan verilən açıqlamada türkiyəli futbolçunun sağ ayağından zədə aldığı bildirilib:
"Arda sağ ayağından zədələnib. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağına aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək".
Qeyd edək ki, bu yay "Atletiko"dan "Barselona"ya transfer olunan Arda ikinci dəfə zədələnir