“Atletiko”nun (Madrid) sol cinah müdafiəçisi Filipe Luis türk komanda yoldaşı Arda Turanı tərifləyib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu, Ardanın həm komandadakı ən yaxın dostu, həm də mükəmməl insan olduğunu deyib.
“Onun böyük ürəyi var. Çox təvazökardı. Mən ona portuqal dilini, o isə mənə türk dilini öyrədir. Eyni zamanda mənə Quran haqqında çox şeylər danışır və bu, mənim çox xoşuma gəlir”, – deyə Luis bildirib.
