“Meydanda əlimizdən gələni edəcəyik. Böyük klublarda oynayan, təcrübəli və gənclərin vəhdətindən yaranmış heyətə sahibik”.
Korner.az-ın məlumatına görə, bu sözləri Xorvatiya yığmasının və “Barselona”nın futbolçusu İvan Rakitiç deyib.
AÇ-2016-da iştirak edəcək xorvatlar qrupda ilk oyunlarını iyunun 12-də Türkiyəyə qarşı keçirəcəklər.
Bu görüşdə komanda yoldaşı Arda Turana qarşı oynayacaq Rakitiç xarici mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib:
“Arda əla insandı. Tez-tez gülümsəyir, zarafatlaşmağı xoşlayır. Oyunçu səviyyəsindən danışmalı olsaq, bir kitab doldurmaq lazımdı. Rəqib qapısına yaxınlaşanda daha təhlükəli olur. Topla çox yaxşı rəftar edir. Bu səbəbdən mənə Robert Prosineçkini xatırladır. Ardalı Türkiyə yığmasına qarşı yaxşı hazırlaşmalıyıq. AÇ-2008-dəki matçı düşünməməli, tam olaraq, bu görüşə köklənməliyik”.
