Arda İtaliya yolunda
14.03.2025 , 12:55

“İnter” növbəti mövsüm üçün transfer işlərini davam etdirir.
Korner.az xəbər verir ki, klub “Real”ın gənc oyunçusu Arda Gülərlə maraqlanır.
Bu barədə “Tuttosport” məlumat yayıb.
Xəbərdə, Arda Gülərə “Ayntraxt Frankfurt” və “Bayer Leverkuzen”nin də maraq göstərməsinə baxmayaraq, futbolçu İtaliyaya getməyi daha üstün tutur.
Arda bu mövsüm “Real”da 29 matç keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
